Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Citibank": Neftin qiyməti 2017-ci ildə 70 dollar/bareli keçə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Citibank": Neftin qiyməti 2017-ci ildə 70 dollar/bareli keçə bilər

OPEC və kartelə üzv olmayan 11 neft hasilatçısı olan ölkələr Vyana anlaşmasına tam əməl edərsə, 2017-ci ilin ilk rübündə dünya neft ehtiyatları 1/3-i azala bilər. 

Bu proqnoz ABŞ-ın məşhur "Citibank"ına aid olan hesabatda yer alıb. 

Reklam_3_11

Proqnozun müəllifi olan "Citigroup"un Əmtəə bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors bildirib ki, anlaşma neft bazarında tezliklə tarazlığın bərpa olunacağını göstərir: "Biz 2017-ci ildə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsində olacağına çox əminik. Hətta bəzi hallarda neft 70 dollar/bael səviyyəsini də ötə bilər".

Hesabatda həmçinin qeyd olunub ki, neft hasilatçısı olan ölkələr əldə etdikləri razılaşmaya tam əməl etməsə də, yəni hasilatı gündəlik 1,8 mln. barel azaltmasalar belə neft ehtiyatları proqnozlardan daha sürətlə azalacaq. Qlobal neft ehtiyatlarının bir hissəsi Çin və Hindistanın ehtiyatlarının artırılmasına və yeni neft emalı zavodlarına yönələcək.

"Əlbəttə ki, anlaşmaya əməl olunmaması riskləri də var. Əgər Liviya və Nigeriya hasilatlarını gözləniləndən daha sürətlə bərpa etsə və ya ABŞ-ın şist neft hasil edən şirkətləri hasilatı proqnozlardan tez və sürətlə artırsalar, neft qiymətləri təzyiqlə üzləşə bilər", - deyə analitik qeyd edib.

Report

20.12.2016 13:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ