Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankın daha bir səlahiyyəti alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın daha bir səlahiyyəti alınıb

Azərbaycan Mərkəzi Bankından (AMB) kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır.

 

 Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Bankı" haqqında qanuna dəyişiklik edilir.

 

Dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. Hazırda qüvvədə olan maddə aşağıdakı kimidir: "Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi:

49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir".

 

Layihə səsə qoyularaq qəbul edilib.

 

©APA

25.04.2017 11:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ