Ən yuxarı (mobil)-2_30

İTV-nin baş direktoru seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İTV-nin baş direktoru seçildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktorunun kim olacağı müəyyənləşib.

 

Növbəti 4 ildə şirkətə kimin rəhbərlik edəcəyi Yayım Şurası üzvlərinin Milli Televiziya və Radio Şurasında keçirdiyi iclasında məlum olub.

 

Yeni baş direktoru Yayım Şurasının üzvləri gizli səsvermə ilə seçib.

 

Səsvermə nəticəsində Cəmil Quliyev yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

 

Qeyd edək ki, yeni baş direktorun seçilməsi ilə əlaqədar, MTRŞ tərəfindən elan olunmuş müsabiqəyə aprelin 12-dən 22-dək 5 nəfər sənəd vermişdi. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.

 

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə 2013-cü ildə seçilən Cəmil Quliyevin səlahiyyət müddəti bu ay başa çatıb.

 

© Report

25.04.2017 13:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ