Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Amerika şirkəti Azərbaycanda 49 milyon dollar investisiya qoymağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amerika şirkəti Azərbaycanda 49 milyon dollar investisiya qoymağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikanın “Greenfields Petroleum” şirkəti 2017-ci ildə “Bahar-Qum-dəniz” yataqlar blokunun işlənməsi layihəsinin həyata keçirilməsinə 49 mln. dollar investisiya qoymağı planlaşdırır. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

 

“Şirkət layihənin 2017-ci il üçün büdcəsini SOCAR-a təqdim edib. Büdcədə əsaslı xərclərin 21 mln. dollar, əməliyyat xərclərinin isə 28 mln. dollar olacağı nəzərdə tutulur. Əsaslı və əməliyyat xərclərinin böyük hissəsi “Bahar” yatağında 13, “Qum-dəniz” yatağında isə 20 quyuya yönəldiləcək”, - deyə məlumatda bildirilir.

 

Bundan əlavə, builki xərclərə “Bahar” yatağında 5, “Qum-dəniz” yatağında 2 özülün təmiri ilə bağlı məsrəflər daxildir.

 

“Bu il qaz hasilatının artırılması nəzərdə tutulub. Şirkət ötən ilin dekabr ayındakı gündəlik 4,185 min barrel neft ekvivalenti hasilatı ilə müqayisədə 2017-ci ildə təxminən 6,444 min barrel neft ekvivalentində qaz istehsal etməyi proqnozlaşdırır”, – deyə məlumatda qeyd edilir.

25.04.2017 19:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ