Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Belarusun baş naziri: "Azərbaycandan neft alışı üzərində iş gedir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belarusun baş naziri: "Azərbaycandan neft alışı üzərində iş gedir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ilin oktyabr ayında Moskva və Minsk neft-qaz sahəsinə aid bütün məsələləri həll edib, lakin Rusiya tərəfi öz mövqeyini dəyişib. Bunu "Reuters" agentliyinə müsahibəsində Belarusun baş naziri Andrey Kobyakov bildirib.

 

"Rusiya tərəfi ilə danışıqlarımız 2015-ci ilin yayından etibarən davam edir. Hazırda aktiv dialoq davam edir və biz inanırıq ki, aktiv dialoq yolu kompromis nəticə əldə olunacaq. Yaradılan şəraitlər bərabər olmalıdır. Ümid edirəm ki, hər iki tərəfi qane edən nəticə əldə olunacaq. Bizim əməkdaşlığımızın əsasında inteqrasiyaya dayanmalıdır. Əks halda inteqrasiya işləməyəcək. Enerji sahəsində Rusiya ilə Belarusun əlaqələrini pis adlandırmaq olmaz. Dəqiqləşdirsək, söhbət münasibətlərin yaxşı ilə pis arasında olmasından deyil, yaxşı və daha yaxşının arasında olmasından gedir. Belarusu yalnız aldığı qazın qiyməti maraqlandırmır. Hərçənd, bu da olduqca vacibdir. Rusiyanın Belarusla sərhəddə yerləşən ərazilərində qazın qiyməti bizə satılandan ikiqat bahadır. Bu isə bizim məhsullarımızın rəqabətqabiliyyətliliyinə təsir edir. Rusiya bununla bağlı müvafiq tənzimləmələr aparmalıdır. Nəzərə almaq lazımdır ki, bunun üçün hüquqi baza mövcuddur və sənəd 2011-ci ildə imzalanıb", - deyə baş nazir qeyd edib.

 

Hökumət başçısı əlavə edib ki, Rusiya hökumətinin qəbul etdiyi qərarları nəzərə alaraq, Belarus neft məhsullarının alış mənbələrini diversifikasiya etmək məcburiyyətindədir: "Azərbaycandan neft alışı üzərində iş gedir. Bununla yanaşı, başqa variantlar da nəzərdən keçirilir. Alternativ hər zaman olmalıdır. Bu, sizə müqayisə imkanı yarıdır".

 

© APA

20.12.2016 14:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ