Mobil manşet üstü reklam-3_21

Bakıda beynəlxalq sərgisi açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda beynəlxalq sərgisi açıldı

Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir.

 

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2017" beynəlxalq sərgisinin açılışında deyib.

 

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin nəqliyyat sektorunun müasirləşməsi və inkişafı üçün məqsədyönlü dövlət siyasəti aparır:

 

"Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparılır, yuk və sərnişin daşımalarının həcmi artır. Cənab Prezidentin daim vurğuladığı kimi, tranzit daşımalar təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir".

 

R.Quluzadənin sözlərinə görə, tranzit üçün yaradılan etibarlı və müasir infrastruktur imkan verir ki, qoyulan investisiyalar gəlirə çevirilsin: "Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir".

 

Nazir xatırladıb ki, hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Limanın yaxınlığında yaradılan xüsusi azad iqtisadi zona ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır: "İrəlidə görüləsi işlərimiz çoxdur. İnanıram ki, qarşımızda qoyulan vəzifələri layiqincə həyata keçirəcəyik".

 

R.Quluzadə vurğulayıb ki, ölkəmizdə ənənəvi olaraq hər il keçirilən Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2017" beynəlxalq sərgisinə maraq ildən-ilə artır: "İnanıram ki, ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu builki tədbirimiz də həmişə olduğu kimi, təcrübə mübadiləsinə və yeni əməkdaşıqların qurulmasına xidmət edəcək".

 

© Trend

26.04.2017 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ