"SOCAR Trading": Kot d'İvuarda LNG terminalının tikintisinə ilin sonunda başlanacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirak etdiyi Kot d'İvuarda LNG (mayeləşdirilmiş təbii qaz) idxalı məqsədilə terminalın tikintisinə bu ilin sonunda başlanacaq.

 

Bunu Bakıda keçirilən II SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya" forumunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading" şirkətinin Layihələrin inkişafı və investisiyalar üzrə Departamentinin rəhbəri Toğrul Köçərli bildirib.

 

"Maltadan sonra 2016-cı ildə biz Kot d'İvuarda LNG ilə elektrik enerjisi istehsal etməyi nəzərdə tutan ikinci layihəyə daxil olduq. Bu layihə üzrə işlər davam edir və tikinti işlərinə bu ilin sonunda başlanması gözlənilir", - deyə departament başçısı qeyd edib.

 

Onun sözlərinə görə, 2019-cu ilin ortalarında təchizatın başlaması gözlənilir.

 

Qeyd edək ki, SOCAR ötən ilin noyabr ayında mayeləşdirilmiş təbii qazın idxalı məqsədilə terminal tikintisi üçün Fransanın "Total" neft-qaz şirkəti və Kot d`İvuar Dövlət Neft Şirkəti tərəfindən yaradılmış yeni konsorsiumda 26% pay əldə edib. Yeni "Coted'Ivoire-GNL" şirkətində "Total" 34%, SOCAR 26%, Kot d`İvuar Dövlət Neft Şirkəti ("Petroci") 16% paya malikdir. "Royal Dutch Shell" şirkəti də səhmlərin kiçik hissəsinə sahib çıxıb.

 

© Report

26 Aprel 2017, 13:23   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin