"Azərbaycan neft hasilatını öhdəlikdən daha çox azaldıb"
“Azərbaycan neft hasilatının azaldılması ilə bağlı öhdəliyini ən yaxşı icra edən ölkələrdən biridir. Azərbaycan neft hasilatını tələb edilən öhdəlikdən daha çox azaldıb”.
Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi deyib.
Səudiyyə naziri deyib ki, neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasının uzadılması ilə bağlı müzakirələrin aparılması üçün Rusiyaya gedəcək. O, Moskvada rusiyalı həmkarı Aleksdandr Novakla görüçəcək.
Qeyd edək ki, cari ilin mart ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 733,3 min barel olub. Bunun 693,3 min barelini xam neft, 40 min barelini kondensat təşkil edib. Gündəlik 596 min barel xam neft, 40,0 min barel kondensat, 23 min barel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 qeyri-OPEC ölkəsinin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaldılması barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, yanvar ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 793,9 min barel, fevralda isə 776,4 min barel olub.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib
- 40 d. əvvəl
- 42 d. əvvəl
-
46 d. əvvəl
AFBİA-nın növbəti Ümumi Yığıncağı keçirilib, mühim qərarlar qəbul edilib
-
1 saat əvvəl
SƏN DƏ "DƏSTƏK" OL! - Bütün sahibkarlar bu vacib layihəyə dəvət olunur
-
16 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
16 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
16 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
17 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
17 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ