Ən yuxarı statik reklam-3_3

"Christian Dior"un bütün markaları bir "çətir" altında toplanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Christian Dior"un bütün markaları bir "çətir" altında toplanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fransız milyarder Bernard Arnault, səhmlərinin  74%-nə sahib olduğu dünya şöhrətli moda markası "Christian Dior"un qalan səhmlərini 12,1 milyard avroya satın alacaq.

 

"Marja" xəbər verr ki, Fransız iş adamının şirkəti LVMH-ın ən böyük satınalma addımlarından biri olan razılaşma ilə, dünyanın ən böyük moda markalarından biri olan "Christian Dior"un bütün səhmləri illər sonra ilk dəfə tək "çətir" altında toplanacaq. Müqavilənin açıqlanmasının ardından "Christian Dior"un səhmləri 15% artım göstərib.


 
Yeni müqavilə ilə Dior ətir və kosmetik məhsullarının sahibi olan LVMH, "Dior"un lüks geyim markalarını da satın almış olacaq.
 


Dizayner Kristian Dior tərəfindən 1946-da qurulan Dior, ətir, saat və aksesuar məhsulları ilə moda sektoruna istiqamət verən brendlərdən biri olub. "Christian Dior"un 1957-ci ildə ölməsinin ardından, LVMH şirkətin səhmlərinin böyük hissəsini satın almışdı.

26.04.2017 12:04

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ