Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda neftlə bağlı mühüm açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda neftlə bağlı mühüm açıqlama

“Bazar bu il artıq tarazlaşacaq"

 

Reklam_3_11

"Biz ötən il Azərbaycanla neft hasilatının azaldılmasına dair məsləhətləşmələr aparmışıq. Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə əməl edərək sutkalıq neft hasilatını 35 min barel azaldıb. Azərbaycan nəinki öhdəliyə əməl edib, hətta hasilatı artıqlaması ilə azaldıb". Bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl-Falih deyib.


Onun sözlərinə görə, istər Azərbaycan, istərsə də Səudiyyə Ərəbistanı öz öhdəliyinə sadiqdir.

 

“Öz öhdəliklərini artıqlaması ilə yerinə yetirdiklərinə görə, Azərbaycan, Səudiyyə Ərəbistanına, o cümlədən Anqola və digər ölkələrə böyük təşəkkür düşür. Biz digər ölkələri də həvəsləndirməliyik. Başa düşürük ki, bazar yalnız neft hasilatçılarının maraqları çərçivəsində inkişaf edə bilər. Tələb və təklif arasında artıq balans var. Ötən müddət ərzində təklifin həddindən artıq artması bazarda volatilliyə səbəb olmuşdu. Azərbaycan neft ixracatçısı olduğundan onun maraqları və fikirləri bizim üçün çox vacibdir. Mənim neft bazarı ilə bağlı optimist planlarım var. Düşünürəm ki, bazar bu il artıq tarazlaşacaq", - deyə nazir bildirib.

 

Qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycanın gördüyü işlərə münasibət bildirən nazir bu istiqamətdə Səudiyyə Ərəbistanının Azərbaycana dəstək göstərəcəyini bildirib:

 

"Azərbaycanla bizim ortaq dəyərlərimiz çoxdur. Lakin biz hər ikimiz istər ixrac, istər xarici valyutaya tələbimizə görə təbii ehtiyatlardan asılı olan ölkəyik. Buna görə də iqtisadiyyatın diversifikasiyası bizim üçün vacibdir. Biz bununla Azərbaycanla öz təcrübəmizi bölüşməyə hazırıq. Ümid edirəm ki, Səudiyyə Ərəbistan Azərbaycana investisiya etməklə yardım edəcək".

 

© APA

26.04.2017 12:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ