Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

PAŞA Bank 50 milyon manat borc almaqdan nə üçün imtina edib?

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bank 50 milyon manat borc almaqdan nə üçün imtina edib?

Xəbər verdiyimiz kimi, 16 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “PAŞA Bank” ASC-nin hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd sənədsiz, təmin edilməmiş istiqrazlarının baza emissiya prospekti təsdiq edilmişdi. Lakin istiqrazların yerləşdirilməsi indiyə qədər baş tutmamışdır.

 

“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov “Marja”ya bildirdi ki, istiqrazların yerləşdirilməsindən imtinanın əsas səbəbi Bankda likvidliyin artmasıdır:

 

“Müştərilərin qalıqlarının kəskin artması Bankın likvidliyini artırmışdır. Belə bir qərara gəldik ki, istiqrazların buraxılışını təxirə salaq. Təlabat yarandığı halda bu alətdən istifadə edəcəyik”.

 

“PAŞA Bank” istiqraz buraxılışı yolu ilə cəlb edəcəyi 50 milyon manatı korporativ müştərilərinin qısamüddətli dövriyyə vəsaitlərinə olan tələbatının ödənilməsinə yönəltməyi nəzərdə tuturdu.

 

Əlavə edək ki, 2016-cı ildə müştərilərin "PAŞA Bank"dakı vəsaitləri təxminən 1 milyard manata yaxın artaraq 1 milyard 374 milyon manatdan 2 milyard 350 milyon manata qalxmışdır. 

26.04.2017 12:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ