Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı, Lirə bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı, Lirə bahalaşdı

Türkiyə Mərkəzi Bankı (TCMB) TCMB bu gün keçirilmiş toplantısında Likvidlik Pəncərəsinin (LON) faizini 50 bənd artırıb. Beləliklə, banklara borcvermə faizi 11.75%-dən 12.25% yüksəldilib.LON gün sonunda bankların likvidlik çətinliyinin aradan qaldırılması üçün banklara verilən borcdur.


 
Uçot dərəcəsi (pul siyasəti faizi) 8% səviyyəsində, faiz dəhlizinin alt səviyyəsi 7.25%, üst səviyyəsi isə 9.25% səviyyəsində saxlanılıb.

Reklam_3_11


 
"Marja" xəbər verir ki, Bankın açıqlamasında son dövrdəki faktların iqtisadi fəaliyyətin mərhələli bir toparlanmaya işarə etdiyi bildirilərək "Daxili tələbatda qismən bir yaxşılaşma müşahidə edərkən Avropa Birliyi ölkələrinin tələbdəki artımın ixrac üzərindəki müsbət təsiri davam edir. Görülən müdafiəçi təşviq və digər tədbirlərin köməyilə iqtisadi fəaliyyətin güc qazanmağa davam edəcəyi gözlənilir. İdarə heyəti, struktur islahatların həyata keçirilməsinin iqtisadi artım potensialını əhəmiyyətli dərəcədə artıra biləcəyini qiymətləndirir" ifadəsi istifadə edilib.
 


"SƏRTLƏŞDİRMƏNİN GÜCLƏNDİRİLMƏSİNƏ QƏRAR VERİLİB"


 
Son aylarda yaşanan xərc istiqamətli proseslər və ərzaq qiymətlərindəki oynaqlığın inflyasiyanın sürətli bir yüksəliş göstərməsinə səbəb olduğu qeyd edilərək "İdarə Heyəti, inflyasiya görünüşündəki pozulmanı məhdudlaşdırmaq məqsədilə pul siyasətinin sərtləşdirilməsinin gücləndirilməsinə qərar vermişdir". 

 

Qərarın açıqlanmasının ardından Dollar/TL məzənnəsi 3.5627 lirə səviyyəsinə düşüb.

26.04.2017 13:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ