Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Oğuz Şərab"a 440 min manat yatıracaq - Yeni səhmdar

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Oğuz Şərab"a 440 min manat yatıracaq - Yeni səhmdar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi "Oğuz Şərab" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

 

Komitədən verilən məlumata görə, iddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllini özündə əks etdirən, həmçinin investisiya qoyuluşlarına dair təkliflərin verilməsi idi.

 

İnvestisiya müsabiqəsi martın 10-da keçirilib. Müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təklifləri baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə fiziki şəxsi "Oğuz Şərab" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib.

 

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət büdcəsinə 80 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə investisiya proqramına əsasən, 18 ay ərzində müəssisəyə 440 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

 

Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin tam köhnəlmiş və yararsız vəziyyətdə olan tikili, avadanlıq və qurğularının demontajı, inzibati binanın təmir edilərək müasir mebel və avadanlıqlarla təchiz olunması, sexlərdən birində sərinləşdirici içki, daha birində isə konyak istehsalının təşkilinə yönəldiləcək. Eyni zamanda "Oğuz Şərab" ASC-nin istifadəsində olan ərazinin bir hissəsində yeni üzüm bağları salınacaq, müəssisənin infrastruktur təminatı yaxşılaşdırılacaq, ərazisi abadlaşdırılacaq. Görüləcək işlər nəticəsində müəssisədə 40-dan artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

26.04.2017 13:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ