“İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub

“İşsizlikdən sığorta haqqında” qanun Milli Məclisə təqdim olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə görüşdə bildirib.

 

“Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun layihəsi hazırlanıb və hökumət qurumları, sosial tərəfdaşlarla razılaşdırılaraq, rəy və təkliflər əsasında daha da təkmilləşdirilib və artıq Milli Məclisə təqdim olunub”, - deyə o qeyd edib.

 

Nazirin sözlərinə görə, qanun layihəsi qabaqcıl dünya praktikası əsasında işsizlikdən sığorta sisteminin formalaşmasına və əhalinin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsinə yönəlib.

 

“Sənəd işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına yönəlib. Belə bir sistemin qurulması yalnız işsizliyə görə sosial müdafiənin təmin olunmasında deyil, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsində də mühüm rol oynayacaq, həmçinin qeyri-formal əməyin rəsmiləşdirilməsində işçilər üçün stimul yaradacaq”, - deyə S.Müslümov vurğulayıb.

 

© İnterfaks-Azərbaycan

26 Aprel 2017 , 15:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin