"Bu sektor bir qərarla boğulacaq"
“Taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil. Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq”
“Marja” xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.
Bakı Nəqliyyat Agentliyinin paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb. Agentlik bunu bu sektorda rəqabəti gücləndirmək, müştərilərin hüquqlarını müdafiə etmək üçün edildiyini bildirib.
“Vahid tarifə ehtiyac varmı? Əslində, vahid tarifin tətbiq eidlməsi bu sahədə rəqabəti gücləndirməyəcək, əksinə rəqabəti boğacaq. Əgər vahid qiymət olacaqsa o zaman həmin sektorda hansı rəqabət danışmaq olar? Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar? Liberal qiymət rəqabətin əsas özəyidr. Əslində, taksi xidməti son illər qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarındandır. Etiraf etmək lazımdır ki, bu sahədə lisenziyaların ləğvi daxil olmaqla son 2 ildə xeyili müsbət addımlar atılıb. Nəticədə, bu gün taksi xidməti ölkədə ən liberal və rəqabətin yüksək olduğu sahələrdən birinə çevrilib. Bu özünu son illər aşağı düşən qiymətlərdə də göstərir. Vahid tariff tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq.
Buna görə də, taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil. Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxardacaq. Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır ki, taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Bu zaman taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
9 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
11 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl