Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Astarada bu il taxıl terminalının inşası planlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Astarada bu il taxıl terminalının inşası planlaşdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bu il ərzində Astara (Azərbaycan) - Astara (İran) dəmiryolu layihəsi çərçivəsində tutumu 30 min tondan 60 min tonadək olan taxıl terminalının tikintisi planlaşdırılır.

Reklam_3_11

 

Bunu açıqlamasında "AzRusTrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib.

 

C.Quliyevin sözlərinə görə, hazırda bu layihə işlənib hazırlanma mərhələsindədir.

 

"AzRusTrans" şirkəti Astarada müəyyən torpaq sahəsi icarəyə götürərək, taxıl və taxıl məhsullarının saxlanılması üçün nəzərdə tutulan terminalın tikintisini həyata keçirəcək. Tikintinin bu il ərzində həyata keçirilməsi planlaşdırılır. Orada bir neçə fazanın olması nəzərdə tutulub. Tutumu 30-60 min ton olan taxıl terminalının quraşdırılması nəzərdə tutulub. Müəyyən müddətdən sonra isə terminalın həcmi böyüdüləcək", - deyə C.Quliyev qeyd edib.

 

C.Quliyev əlavə edib ki, qeyd edilən marşruta böyük tələbat var: "Astara-Astara marşrutu üzrə icrası yekunlaşdırılmalı olan işlərin qısa müddətdə bitməsini istəyirik. Bu, müştərilərimizə qısa müddətdə konkret təkliflər təqdim etməyimizə imkan verə bilər".

26.04.2017 15:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ