Ən yuxarı (mobil)_30

Bank VTB üzülüb əldən düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB üzülüb əldən düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank VTB  Azərbaycan gün keçdikcə qüvvətini itirir. Kapitalı xeyli “ərimiş” bank, zərərlə işləməkdən də xilas ola bilmir.  2016-cı ili 2 milyon 625 min min manat zərər ilə başa vurmuş Bank VTB Azərbaycan, 2017-ci ilə də mənfidə başlayıb.

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə VTB Azərbaycanın zərəri 261 min manat olub.

 

İlk rübdə Bankın əməliyatları zərərli olub. Bank 5 milyon 112 min manat faiz gəlirini əldə etmək üçün 7 milyon 821 min manat xərc çəkib, nəticədə də xalis faiz zərəri 2 milyon 709 min manat olub. Eyni zamanda, VTB Bank Azərbaycan 4 milyon 37 min manat qeyri-faiz gəlirini əldə etmək üçün 4 milyon 874 min manat xərc çəkib. Bankın xərcləri gəlirlərindən çox olduğundan ilk rübdə 3 milyon 547 min manat zəməliyyat zərəri yaranıb. Bankın əməliyyat zərəri ehtiyatlardan azad edilmiş 4 mlyon 108 min manat hesabına bağlanıb və yekunda 561 min manatlıq vergidən əvvəl mənfəət qalıb. 822 min manat mənfəət vergisi ödənildiyindən bank ilk rübü 261 min manat zərər ilə bağlayıb.

 

BANK KİÇİLİB

 

31 Mart 2017-ci il tarixinə Bank VTB Azərbaycan 429 milyon 427 min manat cəmi aktivlərə, 393 milyon 374 min manat cəmi öhdəliklərə, 36 milyon 53 min manat cəmi balans kapitalına malik olub. Bankın məcmu kapitalı isə 51 milyon 62 min manat təşkil edib.

 

31 Dekabr 2016-cı il tarixində Bank VTB (Azərbaycan) 435 milyon 563 min manat cəmi aktivlərə, 399 milyon 431 min manat cəmi öhdəliklərə, 36 milyon 131 min manat cəmi balans kapitalına malik idi. Bankın məcmu kapitalı isə 50 milyon 680 min manat təşkil edirdi.

 

Ötən ilin sonu ilə müqayisədə, Bankın kredit portfeli 321 milyon 116 min manatdan 304 milyon 535 min manata geriləyib, depozitlər isə 43 milyon 129 min manatdan 44 milyon 176 min manata qalxıb. Bank VTB-nin digər banklardan aldığı kreditlər və Banka digər bankların yatırdığı depozitlər artıb. Faktiki olaraq, digər bankların kreditləri və depozitləri Bank VTB Azərbaycanın ayaq üstə qalmasına kömək edir. Eyni zamanda, Bank Mərkəzi Banka 30 milyon manat borcludur.

 

Qeyd edək ki, Bank VTB Azərbaycana yeni sədr təyin edilib. Ümumiyyətlə, Bankın bir çox yüksək vəzifəli kadrları dəyişdirilib. Yenilənmiş rəhbərlik Bankı optimallaşdırmağa və gəlirə çıxartmağa çalışır.

 

MƏNFƏƏT VƏ ZƏRƏR HESABATI, min manatla

 

I rub 2017

 

İlin əvvəlindən hesabat tarixinə qədər

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

 5 111,84  

Faizlər və onlara bağlı xərclər, cəmi

7 820,95  

Xalis faiz mənfəəti (zərəri)

-   2 709,11  

Qeyri-faiz gəlirləri, cəmi

4 036,87  

Qeyri-faiz xərcləri, cəmi

4 874,56  

Xalis əməliyyat mənfəəti (zərəri)

- 3 546,79  

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

-   4 108,29  

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)

                 561,50  

Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi

 

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

                 561,50  

Mənfəətdən ödənilən vergilər

                 822,59  

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

- 261,09  

 

BALANS HESABATI, min manatla

AKTİVLƏR

 

 

I RUB      2017

Nağd vəsaitlər

    19 540,26  

Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)

    58 980,46  

 Banklara verilmiş kreditlər

      7 587,36  

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi

 

Qiymətli kağızlara investisiyalar

 

Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)

  304 535,41  

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

      2 165,46  

Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi

 

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

      1 610,80  

Digər aktivlər

    35 007,86  

CƏMİ AKTİVLƏR

  429 427,60  

ÖHDƏLİKLƏR

 

Depozitlər

    44 175,76  

AMB-nın banka qarşı tələbləri, cəmi

    30 000,00  

Digər bankların tələbləri (“Loro" hesabları), cəmi

         111,77  

Banklar və digər maliyyə institutlarının kreditləri

  165 121,38  

Bankların depozitləri

  142 766,88  

Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi

      5 804,30  

Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri

 

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)

 

 Digər passivlər

  5 394,19  

CƏMİ ÖHDƏLİKLƏR

  393 374,28  

KAPİTAL

 

Xüsusi kapital, cəmi

    34 681,67  

a) dövriyyədə olan adi səhmlər

    50 815,00   

b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)

 

c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq

 

d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi

-   16 133,33  

Ümumi ehtiyatlar, cəmi

      1 371,65  

Cəmi kapital

    36 053,32  

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

  429 427,60  

 

 

Kapitalın strukturu, min manatla,

 

 

I rüb 2017

 

 

I dərəcəli kapital :

    34 681,67  

Adi səhmlər

    50 815,00  

Keçmiş illərin mənfəət/zərəri

-    15 872,23  

Cari ilin zərəri

-    261,09  

 I dərəcəli kapitaldan tutulmalar

     1 610,80  

Tutulmalardan sonra I dərəcəli kapital

   33 070,88  

II dərəcəli kapital :

 

Ümumi ehtiyatlar

   1 371,65  

Cari ilin mənfəət

                    -    

Kapitalın digər vəsaitələri

  16 619,77  

 II dərəcəli kapitalın cəmi

  17 991,42  

 Məcmu kapital

    51 062,30  

 Risk dərəcəsi üzrə ölçülmuş aktivlər

   122 189,69  

 

 

III rüb 2016

AR MB tərəfindən təyin olunmuş norma

 I dərəcəli kapitalın adekvatlıq əmsalı

27,07%

5%

Məcmu kapitalın adekvatlıq əmsalı

41,79%

10%

 

31.03.2017

Kredit portfelinin regionlar üzrə bölgüsü

Regionlar

Kreditlər

Məbləğ,
min manatla

Abşeron

    340 534,6 

Quba-Xaçmaz

                -   

Dağlıq Şirvan

                -   

Şəki-Zaqatala

                -   

Aran

                -   

Gəncə-Qazax

        2 116,0 

Yuxarı-Qarabağ

                -   

Kəlbəcər-Laçın

                -   

Lənkaran

                -   

Naxçıvan

                -   

CƏMİ

    342 650,6 

  
  

Kredit portfelinin iqtisadi sektorlar üzrə bölgüsü

Sektorlar

Kreditlər

Məbləğ,
min manatla

Sənaye

      50 274,7 

Ticarət və xidmət

    156 802,1 

Digər

        2 957,7 

Istehlak kreditləri (fiziki şəxslərə verilmiş kreditlər)

    132 616,1 

CƏMİ

    342 650,7 

27.04.2017 06:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ