Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Neft, ABŞ-da artan hasilat ilə ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-da artan hasilat ilə ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, investorların diqqətlərini ABŞ-da azalan neft ehtiyatları əvəzinə artan hasilata yönəltmələrilə əlaqədar olaraq düşüb.


 
"Marja" xəbər verir ki,  Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft hasilatı ardıcıl 10-uncu həftədə də artarkən, ehtiyatlar analitiklərin proqnozundan iki qat daha çox azalıb. ABŞ-da istehsalın artması ilə yanaşı, Səudiyyə Ərəbistanı və Venesuelanın energetika nazirləri, hasilatın azaldılmasını müzakirə etmək üçün Rusiyalı həmkarı ilə görüşməyi planlaşdırır.

Reklam_3_11


 
OPEC üzvləri İyunda başa çatacaq müqaviləni uzatmağı düşünərkən, Amerikalı istehsalçılar neft quyularının sayını artırır.
 


Analitiklər bildirirlər ki, ABŞ-da hasilatın artması neft qiymətləri üzərində təzyiq yaradır.


 
Qərbi Texas nefti (WTI) Nymex birjasında 44 sent aşağı düşərək bareli 49.18 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 26 sent və ya 0.5 faiz düşərək bareli 51.56 dollara qədər enib.

27.04.2017 07:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ