Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Atəşgah”dan "vergi yoxlamaları" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah”dan "vergi yoxlamaları" açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycanın iri sığorta şirkətləri olan “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ üzrə cari ilin fevral ayından etibarən vergi orqanları tərəfindən keçirilən yoxlamalar artıq bitmişdir”. Bu barədə “Marja”ya şirkətdən bildirilib.

 

“Qeyd edək ki, hər iki şirkət Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görülmüşdür. Müvafiq bildirişlər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən təqdim edilib.

 

Adıçəkilən yoxlamalarla əlaqədar bir sıra kütləvi informasiya vasitələrində Şirkətlərin fəaliyyətinə dair yayılan neqativ məlumatlar əsassız və həqiqətə uyğun deyil. Hər iki şirkətin iş rejimi B.e.- Cümə günləri saat 9.00-dan 18.00-dək olsa da müştərilərin rahatlığını təmin etmək məqsədilə nahar fasiləsi zamanı da xidmət göstərilir”,- Şirkətin məlumatında deyilir.

 

Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis edilib. 2016-cı ilin nəticələrinə görə,“Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. “Atəşgah” SQ regionlarda 14, Bakıda isə 10 filialı fəaliyyət göstərir.

27.04.2017 07:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ