Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"Anlaşma uzadılmasa, neft 40 dollara kimi ucuzlaşa bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Anlaşma uzadılmasa, neft 40 dollara kimi ucuzlaşa bilər"

OPEC və ona üzv olmayan neft ölkələri 30 iyun tarixində bitən neft hasilatının azaldılması barədə Vyana anlaşmanın müddətini uzatmasa, neftin qiyməti 40 dollar/barelə və ya daha da aşağı düşə bilər.

 

"Bloomberg" agentliyi xəbər verir ki, bu açıqlama ilə BƏƏ-nin Əbu-Dabi əmirliyinin suveren rifah fondu olan "Abu-Dhabi Investment Authority"nin Araşdırma Departamentinin rəhbəri Kristof Ruel (Christof Ruehl) Dubayda keçirilən konfransda çıxış edib.

 

K.Ruel bildirib ki, ilin əvvəlindən hasilatın azaldılması ilə bağlı 6 aylıq müddətə anlaşmanın tətbiq edilməsi neft qiymətlərini maksimal həddə çatdırsa da, ABŞ-da şist neft hasilatının artması və neft ehtiyatlarının yüksək səviyyədə qalması qiyməətlərin 50 dollar/barel səviyyəsindən yuxarı qalxmasına mane olub. Departament rəhbərinin fikrincə, Səudiyyə Ərəbistanı hasilatı azaltmağa davam etdiyi halda, İran və İraq bazar paylarını artırırlar.

 

Qeyd edək ki, Vyana anlaşmasının müddəti uzadılmasa, neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşməsi ehtimalını Dubayda yerləşən "Emirates NBD PJSC" bankının əmtəələr üzrə analitiki Edvard Bel (Edward Bell) və Almaniya "Commerzbank"ının Əmtəə araşdırmaları Departamentinin rəhbəri Yevgen Veynberq (Eugen Weinberg) də təkrarlayıblar.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

© Report

27.04.2017 09:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ