Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Manatın 50%-ə yaxın dəyərdən düşdüyü gün - 1 il keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manatın 50%-ə yaxın dəyərdən düşdüyü gün - 1 il keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı 2015-cı ilin 21 Dekabr tarixində Manatda 2-ci dəfə devalvasiya tətbiq edərək rəsmi olaraq 1 dolları 1.55 manata bərabər etmişdi. Bu gün manatın ikinci devalvasiyasından 1 il keçir.

 

Reklam_3_11

21 Dekabr 2015-ci il tarixində Manat Dollar qarşısnda təxminən 50% devalvasiya edilərək 1.05 manat səviyyəsindən 1.55 manat səviyyəsindək qaldırılmışdı.

 

2016-cı ildə Manatın məzənnəsi sabitləşmədi, milli valyuta dəyərdən düşməkdə davam etdi. Düzdür, bu ilin May ayında Manat Dollar qarşısında 1.49 səviyyəsinədək geriləmişdi. Amma bu çox çəkmədi, yazdan başlayaraq Dollar bahalaşmaqdadır.

 

"Marja"nın məlumatına görə, 21.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7575 manat səviyyəsində müəyyən olunmuşdur. Beləliklə, ötən bir ildə Manat dollar qarşısında daha 13,4%  ucuzlaşıb.  Bu nisbət Manat əmanətinə bankların təklif etdiyi faizə yaxındır. Ötən ilin sonunda  və ya bu ilin əvvəlində banka 12%-lə əmanət yerləşdirmiş əmanətçilər faktiki olaraq qazanmayıblar, əksinə 1%-dən çox itiriblər. Pulunu evdə manatda saxlayanların zərəri isə daha böyükdür.

 

Pulunu dollarda saxlayanlar isə təbii ki, qazanıblar.

 

Elə buna görə dollarlaşma azalmır,  banklara əhali tərəfindən  7 milyard 413,1 milyon əmanətlərin 81,1 faizi xarici, 18,9 faizi isə milli valyutada qoyulub.

 

Yaxın gələcəkdə Manatın daha da dəyərdən düşəcəyi proqnozlaşdırılır.  Mərkəzi Bank tam “üzən məzənnə” sisteminə keçməyi hədəfləyir.  Ekspertlər Manatın dollar qarşısında 2 manat 40 qəpiyədək ucuzlaşacağını gözləyirlər.

 

Manat əsl dəyərini tapmaq yolundadır. Bu dəyərin hansı səviyyədə olduğu tam dəqiq bilinmir.

 

QAZANMAĞI ÖYRƏNMƏYƏ BAŞLAYIN! – ƏTRAFLI >

21.12.2016 03:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ