Tikintidə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün xüsusi layihə hazırlanır
"Yaxın vaxtda tikinti sektorunda qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar xüsusi layihə hazırlanacaq".
Bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, bu layihə qeyr-rəsmi məşğulluğun aradan qaldırılmasına səbəb olacaq: "Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulur. Bununla bağlı, xüsusi komissiya yaradılıb. Komissiyanın qarşısında duran ən mühüm vəzifələrdən biri odur ki, qeyri-rəsmi məşğulluq anlayışı aradan qaldırılsın. Yəni qeyri-rəsmi məşğulluq tədricən aradan qaldırılmalıdır. Qeyri-rəsmi məşğulluğa daha çox tikinti sektorunda rast gəlinir. Qeyri-rəsmi məşğulluq işçilər qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməməsinə səbəb olur. Bu yolla işəgötürənlər vergi, sosial və digər məcburi ödənişlərdən yayınır. Qeyri-rəsmi məşğulluq aradan qaldırıldığı təqdirdə bu problemlər aradan qalxacaq. Mən inanıram ki, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşümüz bir nəticə verəcək, onlar bütün işçilərini rəsmi şəkildə qeydiyyatdan keçirəcək".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 21 saat əvvəl
-
21 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl