Havaların soyuq keçməsi xiyar və pomidorda məhsuldarlığı azaldıb
Ağsuda fəaliyyət göstərən “Aqrotexservis” MMC tərəvəz məhsulları istehsal edir.
MMC-nin işçisi Günəş Hüseynov deyib ki, müəssisə istixana təsərrüfatı üzrə fəaliyyətə keçən ilin dekabrında başlayıb: “Bu məqsədlə rayon mərkəzinə yaxın - sakinlər arasında “Meliorator” qəsəbəsi adlanan ərazidə 3 hektar torpaq sahəsi ayrılıb. Həmin ərazidə yaradılan istixanada müasir texnologiyalar hesabına ekoloji cəhətdən təmiz pomidor və xiyar yetişdiririk. 1 il ərzində istixanadan orta hesabla 200 ton məhsul yığılıb. Məhsulun satışında problemimiz yoxdur. Amma bu il havaların soyuq keçməsi məhsuldarlığı zəiflədib. Çünki bayırdakı temperatur istər-istəməz istixananın daxilindəki temperatura təsir edir”.
DAHA ÇOX RUSİYAYA İXRAC OLUNUR
Hazırda 70 nəfərin çalışdığı istixananın məhsulları əsasən yerli, müəyyən hissəsi Rusiya bazarlarına göndərilir. Hazırkı mövsümün məhsulları isə daha çox Rusiya Federasiyasına ixrac olunur. Bunlar müxtəlif sortlu xiyar və pomidorlardır. İstixananın üstün cəhətlərindən biri də burada yetişdirilən məhsulların orqanik olmasıdır. Onu da qeyd edək ki, istixanadakı pomidor kollarının hündürlüyü 2-2,2 metrə çatır. Kol bundan artıq uzananda budama aparılır. Səbəbi hər kolun 7 qolundan məhsul götürülməsidir. Xiyar kolları da təxminən 2 metrdən çox uzanır. Lakin o, uzandıqca kökünə doğru sallanır və bu səbəbdən ona toxunulmur.
İKİNCİ TƏSƏRRÜFAT YARADILIR
Hazırda bu ərazidəki təxminən 3 hektara yaxın sahədə yeni istixana təsərrüfatı yaradılır. Tikinti və quraşdırma işlərinə 50-55 nəfər cəlb olunub. Gələn ilin əvvəllərindən fəaliyyətə başlaması gözlənilən təsərrüfatda 50 nəfərə yaxın adam daimi işlə təmin olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 d. əvvəl
-
13 d. əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 22 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
-
46 d. əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 53 d. əvvəl
-
56 d. əvvəl
"Şərq-Qərb" ASC-nin rəhbərliyi növbəti müddətə təyin ediləcək
-
1 saat əvvəl
Təmir və quraşdırma şirkəti ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın polad istehsalı zavodunun xalis mənfəəti 3 dəfədən çox azalıb
- 1 saat əvvəl