Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC nazirləri müqavilənin uzadılması üçün Rusiya ilə danışacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC nazirləri müqavilənin uzadılması üçün Rusiya ilə danışacaqlar

OPEC üzvləri Səudiyyə Ərəbistanı və Venesuelanın energetika nazirləri, hasilatı azaltmaq üçün birgə səylərin lazım olduğuna dair fikir birliyinin artdığı bir şəraitdə, istehsal azaldılması müqaviləsinin uzadılmasını müzakirə etmək üçün rusiyalı həmkarları ilə görüşəcək.


 
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika və sənaye naziri Xalid Əl-Falih, Rusiyanın energrtika naziri Aleksandr Novak ilə bu həftə telefonla danışacağını və qarşıdakı iki həftə ərzində bir araya gələcəklərini deyib.

Reklam_3_11

 

Mövzu haqqında məlumata malik bir mənbəyə görə, Venesuelanın neft naziri Nelson Martinez də, Çərşənbə günü Əlcəzairdə danışıqlar apardıqdan sonra Moskva səfər etməyi planlaşdırır.


 
"Goldman Sachs"ın əmtəə bazarlarının araşdırılması depzrtamentinin direktoru Jeff Currie, OPEC-in yəqin ki, müqaviləni uzadacağını bildirib.


 
Səudiyyə Ərəbistanı və bir qrup Orta Şərqli istehsalçı ölkə ötən həftə istehsalın azaldılmasının davam etdirilməsi məsələsində ilkin razılaşıblar.  Venesuela və Əlcəzair də Çərşənbə günü müqavilənin uzadılmasını dəstəkləyib.  

27.04.2017 11:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ