Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Qlobal neft təklifi tələbatdan geridə qalacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qlobal neft təklifi tələbatdan geridə qalacaq"

 Beynəlxalq Enerji Agentliyinə  (IEA) görə, şirkətlərin neft kəşfiyyatına və hasilatına investisiyaları azaltması səbəbindən 2016-cı ildə qlobal neft kəşfi rekord səviyyəyə enib. "Marja" xəbər verir ki, IEA, təsdiq olunan ənənəvi neft layihələrinin isə 70 ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirib.


 
 Ötən 15 il ərzində ildə orta hesabla 9 milyardlıq kəşf ilə müqayisədə, 2016-da neft kəşfli 2,4 milyard barrelə düşüb. Bununla yanaşı, ötən il ənənəvi layihə təsdiqi həcmi 4,7 milyard barrelə düşüb. Bir əvvəlki ildən 30% daha az olan bu nisbət 1940-lardan bəri ən aşağı səviyyədir.


 
 IEA, kəskin azalmaya aşağı neft qiymətləri səbəbilə investisiya xərclərinin düşməsinin təsirli olduğunu bildirib. IEA bununla yanaşı, Venesuela kimi bəzi neft istehsal edən ölkələrdə coğrafi  risklərin olduğunu da vurğulayıb.


 
 IEA gələcək beş ildə qlobal tələbatın illik 1,2 milyon barel/gün artacağını təxmin edir. IEA aşağı investisiya nisbətinin təklifi azaldacağı barədə xəbərdarlıq  edib. Həmçinin IAE,  2017-ci ildə də investisiyaların azalacağını gözlənilir.

27.04.2017 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ