Ən yuxarı statik reklam-3_3

"Türk Axını"nda tikinti yayda başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Türk Axını"nda tikinti yayda başlayacaq

Rusiya şirkəti "Qazprom"un, "Türk Axını" layihəsində boru kəmərinin inşasına bu yay başlayacağı bildirilib.


 
"Marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, "Türk Axını" layihəsinin dəniz hissəsinin boru kəməri tikintisinə 2017-nin yay dövründə başlanacaq.


 
Həmçinin, təqvim əsasında  tikintinin 2019-cu ilin sonunda tamamlanmasının nəzərdə tutulduğu qeyd edilib.


 
"Türk Axını" layihəsi çərçivəsində iki kəmərin də tikilməsi üçün "Qazprom" ilə İsveçrənin "Allseas" şirkəti arasında ötən aylarda iki ayrı müqavilə imzalanmışdı.


 
 "Qazprom"un İcra Komitəsinin sədri Aleksey Miller də etdiyi açıqlamada, "Türk Axını" layihəsində Türkiyə ilə səmərəli koordinasiya edilməsi üçün "South Stream Transport" şirkətinin İstanbulda ofis açdığını açıqlamışdı.

27.04.2017 12:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ