Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bəşəriyyət illər davam edəcək bir acıya hazırlıqlı olsun"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bəşəriyyət illər davam edəcək bir acıya hazırlıqlı olsun"

İnternet nəhəngindən "internet" xəbərdarlığı.

 

Dünyanın ən böyük onlayn alış-veriş saytlarından biri olan "Alibaba"nın qurucusu və icraçı direktoru Jack Ma, Çinin Zhengzhou şəhərində iştirak etdiyi bir sahibkarlıq konfransında çıxış edib.


 
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, adətən, qabaqgörən və gələcəkdən ümidli çıxışlarına adətkar olduğumuz Ma, bu dəfə tonunu dəyişərək keçmiş dövrdə etdiyi xəbərdarlıqları xatırladıb. Onlayn ticarətin ilk vaxtlarında ənənəvi pərakəndə ticarətin dağıdacağını deyəndə kimsənin eşitmədiyini deyən Ma, pis bir sürprizlə üzləşməmək üçün yeni texnologiyaların mümkün təsirləri haqqında xəbərdarlıqlar edib.


 

İnternetin gələcəkdə iqtisadiyyatı pozacağını deyən Ma, "Bəşəriyyət illər davam edəcək bir acıya hazırlıqlı olsun" deyib.


 
Dünyanın təhsil sistemlərini dəyişdirərək avtomatikanın və internet iqtisadiyyatının vuracağı zərbəni yumşaltmaq üçün robotlarla necə işləməyin öyrənilməsi lazım olduğunu söyləyən Ma, belə danışıb:


 
 "Dünya, yaxın 30 il ərzində xoşbəxtlikdən daha çox acı görəcək. Yaşanacaq ictimai münaqişələr hər cür sənaye və həyat təbəqəsinə təsir edəcək".


 
Yeni texnologiyalara uyğunlaşmayan şirkətlər haqqında sərt fikirlər söyləyən Ma, şirkətlərin yerinə yetirməsi lazım olan iki əhəmiyyətli texnologiyadan bəhs edib: Bulud əsaslı kompüter sistemləri və süni zəka.


 
 Ma, "Rəhbərlər bunu bacarmayacaqlarsa, məsələni onlara izah edəcək gənc insaları işə götürməlidirlər" - deyib. İnternetin iqtisadiyyata təsirindən şikayət etməyin bir kənara qoyulması lazım olduğunu deyən "Alibaba"nın İcraçı direktoru onlayn sistemlərin də milyonlarla iş imkanı yaratdığını xatırladıb.

 

Həyat müddətinin uzanması və süni zəka texnologiyalarındakı proseslərin iş yerlərini azalda biləcəyi haqqında da xəbərdarlıq edən Ma, "Cihazlar yalnız insanların etmədiyini etməlidir. Ancaq bu şəkildə maşınları insanların rəqibi deyil, iş yoldaşları kimi qəbul edə bilərik" deyib.


 
Bank sistemini də tənqid edən Ma, cəmiyyətdə daha çox insanın kredit ala bilməsinin  lazım olduğunu, müqavimətli bir kredit sisteminin olmamasının hər kəs üçün xərcli olduğunu deyib.


 
1999-ci ildə yaradılan "Alibaba", bu gün dünyanın ən böyük ikinci iqtisadiyyatının ən böyük onlayn ticarət saytıdır. Bazar dəyəri 200 milyard dolları aşan "Alibaba", son dövrdə film istehsalından maliyyə və bulud texnologiyalarına qədər milyardlarla dollarlıq investisiya yatırıb. Şirkətin, 2017-ci ilin əvvəlindən bu yana səhmlərindəki qiymət artımı 30%-ə çatıb.

27.04.2017 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ