Avro ilə bağlı kritik qərar açıqlandı
Avropa Mərkəzi Bankı faizi dəyişdirmədi, aktiv alışlarını azaldıb
"Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) bugünkü iclasında faiz dəyişikliyinə getmədi və qiymətli kağızların alışı proqramını 60 milyard avroya endirib.
Bank uçot dərəcəsini 0,00%-də, depozit hesabı faizini də -0,40%-də saxlayıb. İqtisadçılar da faizlərin dəyişdirilməyəcəyini gözləyirdilər.
İndi nəzərlər AMB sədri Mario Draghinin keçirəcəyi mətbuat konfransında verəcəyi açıqlamalara çevrilib.
AMB Sədri Mario Draghi, 2016-cı ilin Dekabr ayında keçirilmiş toplantıda, aktiv alışı proqramının Mart 2017-yə qədər aylıq 80 milyard avro olaraq davam edəcəyini, Aprel 2017-dən etibarən isə proqramın aylıq 60 milyard avro səviyyəsində Dekabr 2017-yə qədər və lazım olarsa bu tarixdən sonra da davam edəcəyini söyləmişdi.
Qərardan sonra Avro Dollar qarşısında cüzi ucuzlaşıb. EUR/USD məzənnəsi 1.0890 səviyyəsinə geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 d. əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
-
25 d. əvvəl
Azərbaycanda müştərilərə kredit ayrılması prosesi psixoloji testlərdən keçiriləcək
- 34 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 2 saat əvvəl