Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Kreditlərin 61%-ni sahibkarlığa ayırmışıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kreditlərin 61%-ni sahibkarlığa ayırmışıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

31 Mart 2017-ci ol tarixinə Bank VTB (Azərbaycan) ASC-nin kredit portfeli 342,7 mln manat olub ki, bu vəsaitin 210 mln. manatı və ya 61,3%-i sahibkarlığın inkişafı üçün nəzərdə tutulan kreditlərin payına düşüb.

 

Reklam_3_11

Bankdan “Marja” ya daxil olmuş məlumata görə, biznesə ayrılan vəsaitin əsas hissəsi ticarət və xidmət sahəsinin maliyyələşdirilməsinə, eləcə də sənaye sektorundakı layihələrə yönəldilib, bu kreditlər müvafiq olaraq 157 mln. manat və 50,3 mln. manat təşkil edib.

 

“Bank, 2016-cı ilin sonunda yeni üçillik strategiya qəbul edib. 2017-2019-cu illəri əhatə edən strategiyaya əsasən korporativ biznes istiqamətinin gücləndirilməsini nəzərdə tutur. Yeni strategiyaya uyğun olaraq, bank kiçik və orta biznesə aid layihələri reallaşdırmağa davam edəcək. VTB (Azərbaycan)-ın potensial müştərilərinə həmçinin biznesləri Rusiya bazarına istiqamətlənmiş sahibkarlar, eləcə də Azərbaycan bazarında işləməyə gələn Rusiya şirkətləri aiddir”,- Bankın məlumatında deyilir.

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

27.04.2017 15:26

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ