Ən yuxarı (mobil)_30

Draghi: İqtisadiyyata yönələn risklər daha da azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Draghi: İqtisadiyyata yönələn risklər daha da azalıb

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi, baza  inflyasiyanın Avropa Mərkəzi Bankını rahatlaşdıracaq bölgədən aşağıda qalmaqda davam etsə belə, Avro Bölgəsi iqtisadiyyatına yönəlmiş risklərin daha da azaldığını qeyd edib.


 
Bank bugünkü iclasında iqtisadçıların gözlədiyi kimi faiz dərəcələri dəyişdirməyib.


Draghi Frankfurtda keçirdiyi mətbuat konfransında, "Avro Bölgəsinin inkişaf mənzərəsi ətrafındakı risklər, daha balanslı bir vəziyyətə doğru hərəkət edərkən, hazırda aşağı istiqamətdə meyl göstərir" - deyib və "İnflyasiya təzyiq altında qalmaqda davam edir və hələ ki, inandırıcı bir yuxarı meyl göstərməmiş durumdadır" -şəklində bildirib.

 

Draghi, bölgədəki toparlanmanın "artan şəkildə sağlam" hala gəldiyini sözlərinə əlavə edib.


Draghi həmçinin, faizlərin uzun bir müddət mövcud səviyyələrdə və ya daha aşağıda qalacağını deyib. O həmçinin lazım gələrsə qiymətli kağız alışlarının həcminin və müddətinin artırıla biləcəyini qeyd edib.

27.04.2017 15:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ