Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət Neft Fondunun Fransaya investisiya yatırması imkanları araşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondunun Fransaya investisiya yatırması imkanları araşdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Fransaya investisiya yatırması imkanları nəzərdən keçirilir.

 

Reklam_3_11

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, bununla bağlı müzakirələr aprelin 27-də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

 

Ş.Mövsümov qonaqlara ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər və bu məqsədlə Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya tərəfindən görüləcək işlər, ölkədə mövcud iqtisadi islahatlar, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar, dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş “Strateji Yol Xəritələri” barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

 

Görüşdə, həmçinin Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

27.04.2017 17:11

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ