Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
Hələdə çoxları “bu bir oyundur” deyərək bu günədək Dolların ucuzlaşmasına inanmasalar da, Manat rəsmi olaraq dəyər qazanıb. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 15% bahalaşıb.
- Səhər saat 09:20-də Mərkəzi Bank Aprelin 27-nə USD/AZN rəsmi məzənnəsini 1.7025 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin artdığı müşahidə olundu. Dolların satış qiymətləri əsasən 1.6950 - 1.7100 manat arasında dəyişdi.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7025 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda məzənnə dəyişmədi.
- Hərracdan sonra banklarda Dolların alış və satış qiyətlərinin ciddi dəyişmədiyi müşahidə olundu. Axşam saatlarında Dolları ən baha (1.6850 manata) Amrahbank və Turanbank alırdı. Dolları ən ucuz (1.6950 manata) satan Günay Bank və Turanbank idi.
-Günortadan sonra bud a məlum oldu ki, bu gün valyuta hərracına çıxarılmış 35 milyon manat valyutanın 11 milyon 560 mini dolları satılmayıb. Hərracda satılan 23 milyon 440 min dollar nəticəsində məzənnə stabil olaraq 1.7025 AZN/USD səviyyəsində saxlanılıb.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Axşam saat 17:05-də Mərkəzi Bank 28.04.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7025 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnə ilə eyni idi.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların kəskin qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.
Yeri düşmüşkən Mərkəzi Bank bu gün 250 milyon manatlıq depozit hərracı da elan etdi.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Saat 17:30-a banklarda Dollar və Avronun alış-satış qiymətləri
Bankın adı | Dollar | Avro | ||
Alış | Satış | Alış | Satış | |
1.6340 | 1.7110 | 1.7823 | 1.8659 | |
1.6400 | 1.7150 | 1.7884 | 1.8788 | |
1.6850 | 1.700 | 1.8350 | 1.8680 | |
1.6600 | 1.7050 | 1.7800 | 1.8800 | |
1.6550 | 1.7100 | 1.7950 | 1.8750 | |
1.6550 | 1.7050 | 1.7950 | 1.8800 | |
1.6350 | 1.7200 | 1.7823 | 1.8844 | |
1.6750 | 1.7150 | 1.8200 | 1.8800 | |
1.6600 | 1.7050 | 1.8200 | 1.8750 | |
1.6600 | 1.7000 | 1.8300 | 1.8600 | |
1.6750 | 1.7050 | 1.7700 | 1.8600 | |
1.6500 | 1.7100 | 1.7770 | 1.8680 | |
1.6700 | 1.7025 | 1.81 | 1.857 | |
1.6500 | 1.7090 | 1.8000 | 1.8720 | |
1.6700 | 1.7000 | 1.8100 | 1.8700 | |
1.6300 | 1.7100 | 1.7880 | 1.9220 | |
1.6500 | 1.7150 | 1.8035 | 1.8815 | |
1.6500 | 1.7100 | 1.7800 | 1.8800 | |
1.6820 | 1.6950 | 1.8250 | 1.8660 | |
1.6500 | 1.7050 | 1.7715 | 1.8705 | |
1.6300 | 1.7100 | 1.7750 | 1.8695 | |
1.6800 | 1.6990 | 1.8100 | 1.8800 | |
1.6805 | 1.7100 | 1.8100 | 1.8650 | |
1.6750 | 1.7090 | 1.8230 | 1.8730 | |
1.6600 | 1.7000 | 1.8000 | 1.8750 | |
1.6850 | 1.6950 | 1.8200 | 1.8600 | |
1.6800 | 1.7050 | 1.7916 | 1.8570 | |
1.6300 | 1.7100 | 1.7680 | 1.8830 | |
1.6700 | 1.7120 | 1.8009 | 1.8937 | |
1.6750 | 1.7050 | 1.7800 | 1.8620 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl