Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Microsoft-un xalis mənfəəti və gəliri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Microsoft-un xalis mənfəəti və gəliri artıb

ABŞ-ın texnologiya nəhəngi Microsoft-un bu ilin yanvar-mart dövründə xalis mənfəətinin  artdığı bildirilib.


 
"Marja" xəbər verir ki, Microsoft-dan verilən məlumata görə, bu ilin yanvar-mart aylarını 2017 maliyyə cədvəlində üçüncü rüb olaraq qəbul edən şirkətin sözügedən dövrdə xalis mənfəəti yüksəlib.

Reklam_3_11


 
Sözügedən dövrdə şirkətin xalis mənfəəti 27,6 faiz artımla 4,8 milyard dollara çatıb. Şirkət, keçən ilin eyni dövründə 3,76 milyard dollar xalis qazanc açıqlamışdı.


 
Şirkətin gəliri də bu dövrdə 7,6 faiz artımla 22,09 milyard dollar olub. Microsoft, ötən ilin eyni dövründə 20,53 milyard dollar gəlir əldə etmişdi.


 
 Microsoft-un "ağıllı bulud" (intelligent cloud) xidmətindən əldə edilən gəlirində də ildən ilə artım görülür. Ötən ilin yanvar-mart dövründə ağıllı bulud xidmətindən əldə edilən 6,09 milyard dollarlıq gəlir, bu ilin eyni dövründə 11 faiz artaraq 6,76 milyard dollara çatıb.


 
Digər tərəfdən, bu ilin yanvar-mart dövründə Microsoft-un mənfəətinin proqnozlardan aşağı qalması səbəbindən şirkətin səhmlərində azalma görülüb. Nyu-York Birjasının bağlanmasından sonra aparılan məhdud əməliyyatlarda şirkətin səhminin qiyməti 2,4 faiz azalaraq 66,60 dollara qədər geriləyib.

28.04.2017 07:33

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ