Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Alphabet ilə Google-ın gəlirləri və mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Alphabet ilə Google-ın gəlirləri və mənfəəti artıb

ABŞ-ın texnologiya nəhənglərindən Google və baş təşkilatı Alphabet-in bu ilin ilk rübündə xalis mənfəəti və gəlirləri artıb.


 
"Marja" xəbər verir ki, Alphabet-dən verilən məlumata görə, şirkətin bu ilin ilk rübündəki xalis mənfəəti keçən ilin eyni dövrünə nisbətən 29 faiz artaraq 5,43 milyard dollar olub. Şirkət, 2016-nın yanvar-mart dövründə 4,21 milyard dollar xalis qazanc açıqlamışdı.


 
Ötən ilin ilk rübündə 20,26 milyard dollar gəlir əldə edən Alphabet-in, bu ilin eyni dövründəki mədaxili də 22,2 faiz artımla 24,75 milyard dollara çıxıb.


 
 Alphabet-in tərkibində olan Google-ın da xalis mənfəət və gəlirlərində də artım qeydə alınıb.


 
Şirkətin bu ilin ilk üç ayındakı xalis mənfəəti 21,8 faiz artımla 7,6 milyard dollara yüksəlib. Google, 2016-nın eyni dövründə 6,24 milyard dollar xalis mənfəət açıqlamışdı.


 
Google-ın gəliri, keçən ilin yanvar-mart dövründə 20,1 milyard dollar ikən, bu ilin ilk rübündə 21,9 faiz artımla 24,5 milyard dollara çatıb.


 
Bundan başqa, Google-ın reklam gəlirləri, bu ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artımla 21,4 milyard dollara yüksəlib. Şirkətin reklam gəlirləri keçən ilin ilk rübündə 18 milyard dollar idi.


 
Alphabet-in bu ilin ilk rübünə dair balansının güclü çıxması ilə, şirkətin səhmləri Nyu-York Birjasının bağlanmasının ardından baş verən məhdud əməliyyatlarda 5,1 faiz dəyər qazanaraq 937 dollara yüksəlib.


 
Mütəxəssislər, bu gün Nyu-York Birjasının açılmasından sonra Alphabetin səhmlərində yenidən artım görülə biləcəyini vurğulayır.

28.04.2017 07:57

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ