Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qarsdakı logistik mərkəz ilə yüklər Azərbaycana daha tez daşınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qarsdakı logistik mərkəz ilə yüklər Azərbaycana daha tez daşınacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qarsda logistik mərkəzin yaradılması yüklərin Azərbaycana daha tez daşınmasına səbəb olacaq.

 

 “yenisafak.com” saytı xəbər verir ki, Türkiyəni yerləşdiyi coğrafi ərazidə böyük logistika mərkəzinə çevirmək, 31 trilyon dollarlıq ticarət yükünü daşımaq, həmçinin Bakı-Tbilisi-Qars layihəsi başa çatdıqdan sonra ilkin olaraq 6,5 milyon ton, daha sonra isə 35 milyon ton yükün daşınması qabiliyyətinə malik olmaq məqsədilə Qarsda logistik mərkəzi inşa ediləcək.

 

350 min kvadratmetr sahəsi olan logistik mərkəzi 412 min ton yük qəbul edə biləcək. 500 nəfərin çalışacağı mərkəzin dəyəri 100 milyon türk lirəsidir. Azərbaycanla Türkiyəni birləşdirəcək Qars logistik mərkəzinin inşasının texniki əsaslandırılması tamamlanmaq üzrədir.

 

Həmçinin məlumatda qeyd edilib ki, Qarsdan əlavə Türkiyənin Ərzurum, İğdır, Ərdahan kimi şəhərləri də bu daşımalara cəlb olunacaq. Bunun nəticəsində yüklərin Azərbaycana tez daşınmasına, xarici ölkələrin bu marşrut vasitəsilə daşımalara maraq göstərməsinə nail olunacaq. Bakı-Tbilisi-Qars layihəsi yekunlaşdıqdan sonra Çinlə Avropa arasında olan yükdaşımaların müddəti 15 günə qədər qısaldılacaq.

 

©Azərtac

21.12.2016 05:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ