Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“PAŞA Həyat” İqtisad Universitetinin müəllim və professor heyəti üçün təlim keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat” İqtisad Universitetinin müəllim və professor heyəti üçün təlim keçirib

“PAŞA Həyat” şirkəti maarifləndirmə layihəsi çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda növbəti 95-ci təlimini başa çatdırıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu ilin aprel ayının 24-26-sıtarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilən təlimdə universitetin 20-yə yaxın müəllim və professor heyəti iştirak edib. 

 

Təlimdə universitetin müəllimləri üçün həyat və qeyri-həyat sığortası, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib.

 

Təlimin sonunda müəllimlərlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub.      

 

Qeyd edək ki, “PAŞA Həyat”ın “Sığorta və sığorta mədəniyyəti” adlı marifləndirici təlimləri artıq 4 ildir ki keçirilir.Təlimin keçirilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin, həmçinin müəllimlərin sığorta sahəsində bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.

 

2013-cü ildən indiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 2300-dək tələbə iştirak edib.

28.04.2017 08:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ