Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank 250 milyon manatı da yığdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank 250 milyon manatı da yığdı

28.04.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 350 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,53% təşkil etmişdir.

 

Reklam_3_11

Qeyd edək ki, Mərkəzi Bank 250 milyon manat cəlb edəcəyini açıqlamışdı.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

 

Xəbər verdiyimiz kimi, 24.04.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 365,30 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,71% təşkil etmişdi. Mərkəzi bank 200 milyon manat cəlb edcəyini açıqlamışdı.

 

ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ

28.04.2017 10:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ