Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda intensiv yağış yağacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda intensiv yağış yağacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

 

Mülayim cənub-şərq küləyi əsəcək. 

 

Havanın temperaturu Abşeronda gecə 9-12, gündüz 14-19 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə  isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza görə, mayın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.  

28.04.2017 10:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ