"Bəzi banklar “çürük qoz” kimidir"
Bu gün bir neçə bankların çürük qoz kimi olduğu iddia edilir.
Bankirlərdən biri “Marja”ya izah edib ki, bəzi bankların məcmu kapitalının bir hissəsi bankdakı eyni vəsaitin bir neçə dəfə görünməsidir. Əslində ortalıqda Bankın açıqladığı rəqəmlərdə göstərilən qədər vəsait yoxdur.
“Müştərilərin əmanətləri və depozitləri dolayı yolla bankın səhmdarlarına kredit şəkilində verilir. Səhmdarlar da həmin vəsaiti bankın kapitalına yatırırlar. Nəticədə də Bankın kapitalı Mərkəzi Bankın tələbindən yüksək görünür. Əslində ortalıqda eyni pul fırlanır və bankda bir neçə dəfə qeydiyyata düşür”.
Mənbənin sözlərinə görə, belə əməliyyat təhlükəlidir. Kreditin qaytarılmaması, kapitalın yenidən azalması əmanət və depozitləri də təhlükəyə ata bilər.
Qeyd edək ki, buna bənzər mexanizm sığorta sektorunda da mövcuddur. Əsasən təsisçisi banklar olan sığorta şirkətləri bu mexanizmdən istifadə edirlər. Belə ki, bank təsisçisi olduğu sığota şirkətinin nizamanmə kapitalına sərmayə yatırır, sığorta şirkəti də yenidən həmin vəsaiti sahibi olan banka depozit olaraq yerləşdirir. Faktiki olaraq eyni pul iki yerdə görünür. Ümumiyyətlə, sığorta şirkətlərinin investisiyalarını şaxələndirməmələri, xüsusilə vəsaitlərin böyük hissəsini öz banklarında saxlamaları təhlükəlidir. Əgər bank iflas elan olunarsa, bu zaman sığorta şirkəti də çətin vəziyyətə düşüə bilər. Sonuncu dəfə “Azərqarant” sığorta şirkəti bu məsələyə görə bazarı tərk etməli oldu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
-
14 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
17 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
19 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl