Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hektardan 5 ton məhsul - moruq bağları salınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hektardan 5 ton məhsul - moruq bağları salınır

Cəlilabadda moruq bağları salınır. Qardaş Türkiyə və yerli fermerlərin birgə səyi nəticəsində 10 hektarlıq ərazidə moruq tingləri əkilir.

 

Yeni moruq sortları türkiyəli iş adamı Bilgin Üstündağ tərəfindən 4 il əvvəl Türkiyədən gətirilib və Cəlilabadda əkilərək yerli iqlim şəraitinə uyğunluğu yoxlanılıb. Təcrübə uğurlu alınıb, moruq kollarının məhsuldarlığı müsbət olub. Bundan sonra 10 hektar sahədə moruq bağının salınmasına qərar verilib.

 

Təsərrüfat sahibi Bilgin Üstündağ bildirib ki, sahədən yaxşı gəlir götürəcəyi təqdirdə, moruq bağının ərazisini 100 hektaradək genişləndirəcək.

 

Moruq kolları damcı üsulu ilə suvarılacaq.

 

Yeni salınan bağdan 2 ildən sonra məhsul əldə edilməsi proqnozlaşdırılır. Hər moruq kolundan 3-5 kiloqram, 1 hektardan isə 5 ton məhsul götürmək mümkün olacaq.

©Azərtac

21.12.2016 05:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ