Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İri aqroparkdan biri bu rayonda tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İri aqroparkdan biri bu rayonda tikilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Respublika üzrə yaradılan 33 aqroparkdan biri də Goranboy rayonunda tikilir.

 

Goranboy Rayon İcra Hakimiyyətindən  bildirilib ki, aqroparkın fəaliyyətinin təşkili üçün rayon ərazisində 4 min 695 hektar torpaq sahəsi ayrılıb.

 

Aqroparka məxsus sahələrin suvarılması üçün Şəmkir maşın kanalından yeni su kəməri çəkiləcək. Hazırda kanalın ikinci hissəsinin tikintisində işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda kanaldan Dəliməmmədli şəhəri ərazisinədək suyun verilməsi təmin olunacaq. Əkin sahələrinin su ilə təminatı həll edildikdən sonra burada taxıl, pambıq və digər texniki bitkilər əkiləcək, meyvə bağları salınacaq. Həmçinin aqroparkda logistika mərkəzinin, emal müəssisələrinin və soyuducu anbarın inşası da nəzərdə tutulub.

 

Aqroparkın fəaliyyəti rayonda məhsul istehsalının artmasına təkan verməklə yanaşı, xeyli sayda yeni iş yerinin yaradılmasına da səbəb olacaq.

28.04.2017 12:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ