Ən yuxarı statik reklam_3

"Azərbaycanda dolların ucuzlaşması davam edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda dolların ucuzlaşması davam edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ABŞ dollarının ucuzlaşması prosesi davam edəcək.  Buna səbəb kimi qlobal bazarda neftin qiymətinin may ayından etibarən gözlənilən bahalaşması, Bakıda keçirilən beynəlxalq tədbirlərin turist axınını gücləndirməsi və ümumiyyətlə, turizm mövsümünün başlaması, sərt monetar siyasət nəticəsində dollara tələbatın azalması amillərini göstərmək olar.

 

Hazırda valyuta bazarında maraqlı paradoks yaranıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə keçirdiyi son valyuta hərracında rəsmi məzənnə dəyişməyərək 1,7025 AZN/USD səviyyəsində qalıb. Hərracda kommersiya banklarının iştirak etdiyi bildirilir: "Lakin, hazırda nağd valyuta bazarında dollar bir çox bankda rəsmi məzənnədən aşağı satılır. Bu proses bir neçə həftədir davam edir. Hətta, bir müddət əvvəl kommersiya banklarının dolları rəsmi məzənnədən 3%-dən də çox aşağı satdığı müşahidə edilib. Yəni, başqa sözlə, banklar zərər edir və ya gözləntilərlə əlaqədar nagd satış məzənnəsini aşağı salmaq məcburiyyətindədir".

 

Cari vəziyyət təhlil edilərək bildirilir  ki, kommersiya banklarının dolları rəsmi məzənnədən ucuz satmasına səbəb dolların məzənnəsinin gələcəkdə ucuzlaşması gözləntilərinə bağlıdır: "Yay aylarında nağd dolların orta məzənnəsinin 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi proqnozlaşdırılır".

 

© Report

28.04.2017 13:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ