Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakının bu ərazisində evlər kütləvi satışa çıxarılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının bu ərazisində evlər kütləvi satışa çıxarılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni Yasamalda evlər kütləvi satışa çıxarılır. Bunu açıqlamasında əmlak elanları saytının rəhbəri, ekspert Vaqif Hüseynov deyib.

 

Söhbət, dairəvi yolun kənarında “Bazarstore” və “Qismət Şadlıq Sarayı”na qədər ərazidə yerləşən mənzillərdən gedir. Onun sözlərinə görə, son 2-3 ay ərzində bu ərazidə satışa çıxarılan evlərlə bağlı elanlar sürətlə artır: “Hər gün Bakının həmin ərazisindən minimum  2-3 fərqli ev elanı yerləşdirilir. Bu isə əmlak üçün kifayət qədər böyük rəqəm hesab edilir. Satışa çıxarılan mənzillər isə əsasən 2-3 otaqlıdır”.

 

Evlərini dollar almaq üçün satırlar

 

Ekspert bildirir ki, hazırda Yeni Yasamalda MTK-lara müraciət etdikdə satışda mənzil olmadığını bildirirlər. Satılan mənzillərdə isə demək olar ki, yaşayış yoxdur. Görünən odur ki, bu ərazilərdə mənzil qiymətləri kifayət qədər aşağı olduğu üçün əvvəlcə əlavə mənzil kimi alınıb. İndi isə dollar manat qarşısında demək olar ki, ən aşağı həddə düşüb. Belə olan halda mənzili satıb vəsaiti dollara yatırmaqla bir neçə aydan sonra daha çox qazanc əldə etmək olar:“1.68 manat kursu hazırda dollar almaq üçün ən əlverişli kursdur. Dolların yenidən bahalaşmaq ehtimalı daha yüksəkdir. Ev sahibləri bunu nəzərə əlavə yatırım kimi aldıqları evləri sataraq dollara çevirməyi məqsədəuyğun hesab edirlər”.

 

25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR

 

Ev satan çox olsa da alıcı yoxdur

 

V.Hüseynovun sözlərinə görə, ev elanlarının indi kütləvi artmasının digər səbəbi Bakıda bəzi ərazilərdə evlərin plana düşməsi, söküntü işlərinə başlanmasıdır. Vətəndaşlar hesab edirlər ki, belə vəziyyətdə bazarda mənzillərə tələbat  artacaq və evləri daha asan satmaq olacaq. Bu isə yanlış düşüncədir. Belə ki, hazırda mənzil bazarında durğunluq davam edir, yəni mənzil bazarında da alıcı qıtlığı hökm sürür.

 

Hazırda Bakıda mənzillərin qiymətinə gəlincə isə ekspert bildirib ki, daşınmaz əmlak bazarında hələlik qiymətlərdə ciddi dəyişiklik hiss edilmir.  

 

© fins.az 

28.04.2017 13:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ