ABŞ-da 3 ilin ən yavaş iqtisadi artımı
ABŞ iqtisadiyyatı bu ilin ilk rübündə 3 ilin ən yavaş iqtisadi artımını həyata keçirib. İstehlakçı xərcləri də 2009-dan bəri ən pis performansı qeyd edib. ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə 2016-nın son rübündə 2.1% böyüyən iqtisadiyyat 1-ci rübdə 0.7% artıb.
Eekspertlərin gözləntisi 1%-idi.
İqtisadi artımın gözləntidən daha aşağı olmasına iqtisadiyyatın ən böyük hissəsini təşkil edən istehlakçı xərclərində baş verən azalmadır. İstehlakçı xərcləri 0.3% ilə 2009-ci ildən bəri ən aşağı səviyyədə olub. İstehlakçıların avtomobil, yanacaq və geyim xərclərinin azaldığı görülüb.
İqtisadi artımda səngimənin müvəqqəti səbəblərə bağlı olduğu bildirilir.
JPMorgan Chase & Co-da iqtisadçı olan Maykl Feroli, "İlk rübdə istehlak və ehtiyatlar kimi zəif olan bəzi göstəricilərin ikinci rübdə tərsinə çevriləcəyini düşünmək üçün səbəblər var. Gəlirlər artmağa başlayır və bu istehlakçı xərclərini dəstəkləyir"- şərhini edib.
Aşağı çıxan artım göstəricisinin Fed-in gələcək aylarda faiz artırmasına maneə təşkil etməyəcəyi bildirilir. Amma iqtisadçılar inkişafın davamlı əsasda Trumpun 3-4%-lik hədəfinə çatacağı məsələsində şübhəlidirlər. Mütəxəssislər 2019-cu ilə qədər illik inkişafın 2.2-2.3% ətrafında olacağını nəzərdə tuturlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl