Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da 3 ilin ən yavaş iqtisadi artımı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da 3 ilin ən yavaş iqtisadi artımı

ABŞ iqtisadiyyatı bu ilin ilk rübündə 3 ilin ən yavaş iqtisadi artımını həyata keçirib. İstehlakçı xərcləri də 2009-dan bəri ən pis performansı qeyd edib. ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə 2016-nın son rübündə 2.1% böyüyən iqtisadiyyat 1-ci rübdə 0.7% artıb.


 
Eekspertlərin gözləntisi 1%-idi.  

 

İqtisadi artımın gözləntidən daha aşağı olmasına iqtisadiyyatın ən böyük hissəsini təşkil edən istehlakçı xərclərində baş verən azalmadır. İstehlakçı xərcləri 0.3% ilə 2009-ci ildən bəri ən aşağı səviyyədə olub. İstehlakçıların avtomobil, yanacaq və geyim xərclərinin azaldığı görülüb.
 
 
İqtisadi artımda səngimənin müvəqqəti səbəblərə bağlı olduğu bildirilir.

 
JPMorgan Chase & Co-da   iqtisadçı olan Maykl Feroli, "İlk rübdə istehlak və ehtiyatlar kimi zəif olan bəzi göstəricilərin ikinci rübdə tərsinə çevriləcəyini düşünmək üçün səbəblər var. Gəlirlər artmağa başlayır və bu istehlakçı xərclərini dəstəkləyir"- şərhini edib.


 
Aşağı çıxan artım göstəricisinin Fed-in gələcək aylarda faiz artırmasına maneə təşkil etməyəcəyi bildirilir. Amma iqtisadçılar inkişafın davamlı əsasda Trumpun 3-4%-lik hədəfinə çatacağı məsələsində şübhəlidirlər. Mütəxəssislər 2019-cu ilə qədər illik inkişafın 2.2-2.3% ətrafında olacağını nəzərdə tuturlar.

28.04.2017 15:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ