Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AccessBank sahibkarlar üçün NFS layihəsini həyata keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank sahibkarlar üçün NFS layihəsini həyata keçirir

Bank sahibkarlar üçün silsilə təlimlər keçirir

 

Reklam_3_11

Dünya təcrübəsi göstərir ki, son illər banklar müştərilərə sadəcə maliyyə xidmətləri təqdim etməklə kifayətlənmirlər. Müştərilərə B2B sahəsində dəstək, maliyyə savadlılığının artırılması və biznesin aparılması üzrə konsultasiyalar kimi qeyri-maliyyə xidmətlərinə tələbat getdikçə çoxalır.

 

Son zamanlar həm Azərbaycanda, həm də qonşu ölkələrdə əhalinin, xüsusən də sahibkarların maliyyə savadlılığının artırılmasına tələbatın yüksəlməsi müşahidə olunur. Ölkənin qabaqcıl və innovativ banklarından olan AccessBank, qeyri-maliyyə xidmətləri (Non-financial Services - NFS) sahəsində beynəlxalq təcrübəni tətbiq etməyə başlayan ilk banklardan biridir. AccessBank 2016-cı ilin may ayından etibarən Asiya İnkişaf Bankının dəstəyi ilə kiçik və orta biznes nümayəndələrinin maliyyə savadlılığının artırılması məqsədilə “Non-financial services” layihəsinə başlayıb.

 

Layihə çərçivəsində “Makro-İqtisadi Trendlər”, “Böhran zamanı İdarəetmə”, “Marketinq və Satış Texnikaları”, “Vergi Hesablamaları” və digər müxtəlif mövzularda xarici və yerli təlimçilərin iştirakı ilə artıq 26 təlim keçirilib. Fərdi sahibkarlar və korporativ müştərilər üçün keçirilən son təlimlər isə, 2017-ci ildə Vergi Məcəlləsində qüvvəyə minən dəyişikliklər mövzusuna həsr olunmuşdur.

 

Növbəti mərhələdə Bank NFS layihəsinə aid onlayn-resursların yerləşdirilməsi üçün yeni onlayn-platforma yaradacaq.

 

Xatırladaq ki, AccessBank fəaliyyəti dövrü ərzində daim kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi önəm verib. Sahibkarların biznesinin aparılması bacarıqlarını və maliyyə savadlılığını artırmaqla Bank öz müştərilərnin biznesinin uğurlu inkişafına əlavə töhvə verir.

28.04.2017 15:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ