Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
"ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır. “Marja” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Fərman imzalayıb.

 

Reklam_3_11

Mərkəz qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsilə məşğul olacaqdır.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi  50 ştat vahidi artırılacaq.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Qeyd edək ki, obyektlərdə, xüsusilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq.

 

Kameralar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə quraşdırılacaqdır. 

 

Monitorinq Mərkəzi tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidələr aparacaq. İlk öncə işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sistem yaradılacaq .

 

Müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qrupları  göndəriləcək.

 

Aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlər aidiyyəti dövlət orqanına göndəriləcəkdir.

28.04.2017 17:04

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ