“Sumqayıt Kimya Sənaye Parkı” zərərlə işləyir
“Sumqayıt Kimya Sənaye Parkı” MMC zərərlə işləyir.
“Marja” MMC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı ildə zərər 19 milyon 744 mi manat təşkil edib, bu da 2015-ci illə müqayisədə 10 dəfəyə yaxın çoxdur.
Ötən il Parkın gəlirləri 391 min 612 manat, xərcləri isə 20 milyon 157 min manat təşkil edib. MMC 2016-ci ildə gəlir əldə etməmiş, lakin 2 milyon 34 min manat xərc çəkmişdi.
Ötən il MMC-nin ən böyük xərcləri “Əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi”, “Amortizasiya və köhnəlmə xərcləri” üzrə olmuşdur – 18 milyon 547 min manat.
31 Dekabr 2016-cı il tarixində“Sumqayıt Kimya Sənaye Parkı” MMC 109 milyon 107 min manat cəmi aktivlərə malik olmuşdur ki, bu da 2015-ci ilin sonu ilə müqayisədə 25% çoxdur.
MMC 2 milyon 111 min manat cəmi öhdəliklərə, 106 milyon 996 milyon manat cəmi kapitala malik olub.
İl ərzində dövlət investisiyaları 61 milyon 357 min manat artaraq ötən ilin sonunda 155 milyon 309 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
11 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 11 saat əvvəl
-
11 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 12 saat əvvəl
-
14 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
14 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir