"Didi", "Uber"in taxtına göz dikib
Çinli "Uber" kimi tanınan ölkənin yerli texnologiya təşəbbüsü (start-up) - "Didi Chuxing" dünyanın ən dəyərli ikinci startapı olmaq yolunda irəliləyir. Səyahət və avtomobil paylaşımı şirkəti "Didi Chuxing", hazırda yüzdən çox investora malikdir.
"Marja" xəbər verir ki, "Apple", "Alibaba" kimi nəhənglər ilə bərabər Yaponiyanın "Softbank"ı (SFTBF), Çin Ticarət Bankı (CIHHF), Çinin "Bank of Communications" bankı da "Didi"nin investorları arasındadır.
5 MİLYARD DOLLAR İNVESTİSİYA
"Didi" təşəbbüsünün təxminən 5-6 milyard dollar məbləğində yeni bir investisiya alacağı qeyd edilərkən, bu vəsaitlər sayəsində şirkətin dəyərinin 50 milyard dollar həddini aşması gözlənilir. Dünyada daha dəyərli olan yeganə təşəbbüs isə rəqibi kimi göstərilən "Uber"dir.
Əsl bomba isə fond milyarderi Corc Sorosun ilk dəfə "Didi"yə sərmayə qoymasıdır.
Sonuncu dəfə "Uber" üçün müəyyən olunan dəyər 68 milyard dollar olmuşdu, amma bu vəziyyət şirkətin son dövrdə yaşadığı mənfi hadisələrdən əvvəl olmuşdu.
İtaliyada qadağan olunan, ABŞ da daxil olmaqla bir çox ölkədə hüquqi problemlər yaşayan və məhkəmələr ilə boğuşan "Uber" qarşısında, "Didi Chuxing"in vmövqeyi daha da güclənir.
"Didi"nin dəyərinin artmasına "Uber"in Çin əməliyyatlarını alması da təsir etmişdir. "Didi", yeni toplayacağı investisiyalar ilə qlobal genişlənmədə, sürücüsüz avtomobil və digər yüksək səviyyəli nəqliyyat texnologiyalarını inkişaf etdirməkdə istifadə edəcək.
2015-ci ildə yaradılan "Didi", "Didi Dache" və "Kuaidi Dache" şirkətlərinin birləşməsindən yaranmışdır. Şirkətin İcraçı direktoru kreslosunda isə keçmiş "Alibaba" rəhbərlərindən "Dache"nin banisi Cheng Wei oturur. "Didi" təşəbbüsün sahibi Jean Liu da "Apple"ın İcraçı direktoru Tim Kuk tərəfindən sektorun ən təsirli adları arasında göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl