Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Didi", "Uber"in taxtına göz dikib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Didi", "Uber"in taxtına göz dikib

Çinli "Uber" kimi tanınan ölkənin yerli texnologiya təşəbbüsü (start-up) - "Didi Chuxing" dünyanın ən dəyərli ikinci startapı olmaq yolunda irəliləyir. Səyahət və avtomobil paylaşımı şirkəti  "Didi Chuxing", hazırda yüzdən çox investora malikdir.

 

"Marja" xəbər verir ki,  "Apple", "Alibaba" kimi nəhənglər ilə bərabər Yaponiyanın "Softbank"ı (SFTBF), Çin Ticarət Bankı (CIHHF), Çinin  "Bank of Communications"  bankı da "Didi"nin investorları arasındadır.

 

 5 MİLYARD DOLLAR İNVESTİSİYA

 

"Didi" təşəbbüsünün təxminən 5-6 milyard dollar məbləğində yeni bir investisiya alacağı qeyd edilərkən, bu vəsaitlər sayəsində şirkətin dəyərinin 50 milyard dollar həddini aşması gözlənilir. Dünyada daha dəyərli olan yeganə təşəbbüs isə  rəqibi kimi göstərilən "Uber"dir.

 

Əsl bomba isə fond milyarderi Corc Sorosun ilk dəfə "Didi"yə sərmayə qoymasıdır.

 

Sonuncu  dəfə "Uber" üçün müəyyən olunan dəyər 68 milyard dollar olmuşdu, amma bu vəziyyət şirkətin son dövrdə yaşadığı mənfi hadisələrdən əvvəl olmuşdu.


 
İtaliyada qadağan olunan, ABŞ da daxil olmaqla bir çox ölkədə hüquqi problemlər yaşayan və məhkəmələr ilə boğuşan "Uber" qarşısında, "Didi Chuxing"in vmövqeyi daha da güclənir.


 
"Didi"nin dəyərinin artmasına "Uber"in Çin əməliyyatlarını alması da təsir etmişdir. "Didi", yeni toplayacağı investisiyalar ilə qlobal genişlənmədə, sürücüsüz avtomobil və digər yüksək səviyyəli nəqliyyat texnologiyalarını inkişaf etdirməkdə istifadə edəcək.


 
2015-ci ildə yaradılan "Didi", "Didi Dache" və "Kuaidi Dache" şirkətlərinin birləşməsindən yaranmışdır. Şirkətin İcraçı direktoru kreslosunda isə keçmiş "Alibaba" rəhbərlərindən "Dache"nin banisi Cheng Wei oturur. "Didi" təşəbbüsün sahibi Jean Liu da "Apple"ın İcraçı direktoru Tim Kuk tərəfindən sektorun ən təsirli adları arasında göstərilir.

29.04.2017 06:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ